...

Azərbaycanın alkoqol və tütün məmulatları bazarı ciddi nəzarət altındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 19:16 (UTC +04:00)

Azərbaycanın alkoqol və tütün məmulatları bazarı ciddi nəzarət altındadır. Trend in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı və emalına nəzarət üzrə şöbənin müdiri Sabir Vəliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə tərikibən İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Standartlaşdırma və Metrologiya üzrə Dövlət Agentliyinin və Vergilər Nazirliyinin əməkdaşlarının daxil olduqları işçi qrup yaradılıb.

İşlərin aparılmasında əsas məqsəd ölkədə istehsal olunan və satılan alkoqollu içkilərin və tütün məmulatlarının keyfiyyətinin müəyyən edilməsidir.

S. Vəliyevin sözlərinə görə, reydlər zamanı biz İspaniya , Gürcüstan və digər dövlətlərin yarlıqları altında keyfiyyətsiz məhsulların satışı faktını aşkar etmişik. Onların tərkibinin analizi bu məhsulların Azərbaycan müəssisələrində emal olunmamış şərab olduqlarını göstərib.

S.Vəliyev bu sahədə ən fəal işlərin Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparıldığını bildirib. Onun sözlərinə görə, reydlər həftədə 2-3 dəfə aparılır. Nəticələr müvafiq instansiyalara təqdim olunur.

Xəbər lenti

Xəbər lenti