...

Mitsubishi Bakıda zibil emalı texnologiyalarının təqdimatını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 19:21 (UTC +04:00)

Yaponiyanın Mitsubishi Corporation-ın nümayəndə heyəti bərk tullantıların emalı üzrə texnologiyaların təqdimatını keçirmək üçün mayın 29-da Bakıya səfər edəcək. Azərbaycan hökuməti Yaponiya, Kanada, Almaniya, Rusiya, Avstriya, İsveçrə və Çexiyanın zibilemalı texnologiyalar sahəsində ixtisaslaşmış 15 şirkətindən təklif alıb. Müraciət edənlər arasında hansı isə şirkətin texnologiyasını təklif edən vasitəçilər də var.

Yaponiyanın Sumitomo şirkəti də təklif irəli sürməyə hazırlaşır. Lakin Azərbaycanda hələlik yalnız Yaponiyanın EBARA şirkəti təqdimat mərasimi keçirib və bunun təklifləri daha cəlbedici sayılır. Hökumət razılaşdıqda, şirkət araşdırma aparmağı və 3 ay ərzində layihəsini təqdim etməyi təklif edir.

Hazırda hökumətdə konsepsiya üzərində iş gedir. Zibilyığanların harada yerləşəcəyi, emal nəticəsində əldə olunmuş metan və qazın əhaliyə verilib-verilməyəcəyi kimi bir sıra məsələlərhələ qeyri-müəyyəndir. Bu baxımdan AYİB-in təklifi az cəlbedicidir. Beləki, bank zibil yandırılmasını təklif edir ki, nəticədə yarım ildən sonra sobalar sıradan çıxacaq.

EBARA isə zibili 7 növə ayırmağı təklif edir.

Xəbər lenti

Xəbər lenti