...

Gunay Leasing Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının sıralarını tərk edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 15:37 (UTC +04:00)

Gunay Leasing Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasından (ALŞA) çıxıb. Şirkətin direktoru Suada Hüseynovanın Trend ə verdiyi məlumata əsasən, həmin qərar Gunay Leasing-ın yenidənqurulması ilə bağlıdır ki, bu da şirkətin lizinq bazarında fəaliyyətini genişləndirmək planlarından irəli gəlir.

Şirktəin direktoru yenidənqurma işləri başa çatdıqdan sonra həmin məsələnin müzakirə olunacağını istisna etmir. Gunay Leasing assosiasiyadan çıxdıqdan sonra ALŞA-nın 11 üzvü qalıb. Qeyri-bank kredit təşkilatı CredAgro assosiasiyanın 12-ci üzvü olmağa hazırlaşır. Bu məsələ ALŞA-nın iyunda keçiriləcək növbəti iclasında müzakirə ediləcək.

Gunay Leasing şirkəti Gunay Bank-ın təsisçiliyi ilə yaradılacaq və hazırda şirkətin nizamnamə kapitalı $100 min təşkil edir.

Xəbər lenti

Xəbər lenti