...

Azərbaycanın Əmək Nazirliyi Miqrasiya siyasəti üzrə Dövlət Proqramı hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 18:51 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi 2006-15-ci illər üçün nəzərdə tutulan miqrasiya siyasətinin reallaşdırılması üzrə Dövlət proqramını hazırlayıb. Bu barədə Trend ə Nazirliyin Məşğulluq siyasəti idarəsinin rəisi Vahab Məmmədov məlumat verib. Sənəd Minilliyin bəyannaməsi, Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı və BMT-nin müvafiq tövsiyələri əsasında işlənib. O, həmçinin, ötən il qəbul olunmuş Dövlət Miqrasiya siyasəti Konsepsiyasına əsaslanır. Sənəd artıq razılaşdırılmaq üçün Nazirlər Kabinetinə təqdim olunub.

V.Məmmədov hesab edir ki, əmək miqrasiyası bir çox ölkələrin problemidir və tranzit iqtisadiyyata malik ölkələr, o cümlədən, Azərbaycan üçün də xasdır. Həmvətənlərimizin miqrasiya etdikləri ənənəvi ölkələr uzaq tarixi keçmişə malik olan Rusiya, Türkiyədir. "Bundan ehtiyatlanmaq lazım deyil. Çünki bu, təbii prosesdir və bir çox ölkələri, daha dorusu, inkişaf etmiş ölkələri əhatə edir. V.Məmmədovun sözlərinə görə, məsələ xarici ölkələrdə əmək miqrasiyasında olan həmvətənlərimizin hüquqlarının təmin olunması və onların qorunması üçün nizamlama şərtlərinin yaradılmasından ibarətdir. Bu istiqamətdə müvafiq qanunverici baza mövcuddur və indi bu hüquqların nizamlanması üzrə müvafiq idarəetmə potensialı var.

Xəbər lenti

Xəbər lenti