...

Bakı-İstanbul hava reysi ləğv edilməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 19:51 (UTC +04:00)

AZAL dövlət konsernindən Trend ə verilən məlumata əsasən, İstanbul hava limanının yük terminalındakı yanğın Bakı-İstanbul-Bakı hava reysinin gerçəkləşməsinə təsir göstərməyib.

"Bu gün İstanbuldan Bakıya reys yoxdur. Axşam Bakıdan İstanbula bir reys həyata keçiriləcək. Bu reysin təxirə salınması ehtimal olunmur" - deyə dövlət konsernində qeyd ediblər.

Bu məlumatı Bakı-İstanbul reysini gerçəkləşdirən Turkish Airlines şirktəində də təsdiqləyiblər. Şirkət nümayəndələrinin sözlərinə görə, yanğına baxmayaraq, uçuşlar əvvəlki rejimdə davam edir.

Yanğın əsas sərnişin terminalından təxminən 1 km aralıda yerləşən yük terminalını bürüyüb. Atatürk adına beynəlxalq hava limanında böyük yanğın baş verib. Hava limanı binasından mindən çox adam evakuasiya edilib.

Xəbər lenti

Xəbər lenti