...

AİB ilə Sənaye və Energetika Nazirliyi arasında ilk energetika layihəsi üzrə qrant sazişinin imzalanması tarixi müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 17:08 (UTC +04:00)

Azərbaycan hökumətilə Asiya İnkişaf Bankı (AİB) arasında alternativ erenji mənbələrinin tətbiqi layihəsi üzrə texniki yardım məktubunun imzalanması mayın 26-da həyata keçiriləcək. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyindən xəbər verilib.

Məktubu imzalamaq səlahiyyəti sənaye və energetika naziri Natiq Əliyevə verilib. AİB tərəifndən sənədə bankın Azərbaycan üzrə iqtisadçısı Filipp Çanq imza atacaq.

Məsləhətçi xidmətlərinin ödənilməsi üçün bank $750 min həcmində qrant ayıracaq.

Layihənin gerçəkləşdirilməsi üçün AİB 2006-cı ildə $40 mln. kredit ayırmağı planlaşdırır. $25 mln. güzəştli şərtlərlə, $15 mln.- adi şərtlərlə veriləcək.

Layihənin əsas məqsədi ölkə regionlarının alternativ enerji mənbələrilə təmin etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti