...

Azərsu Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi layihəsi çərçivəsində tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 17:26 (UTC +04:00)

Azərsu Səhmdar Cəmiyyəti (SC) Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi layihəsi çərçivəsində seçim tenderi elan edib. Trend in SC-in rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, tenderin predmeti tikinti işlərində maraqlı olan şəxslərin müvafiq ixtisaslara malik olduqlarını yoxlamaqdır.

Oğuz və Qəbələ rayonları ərazisindən Bakıya içməli suyun çatdırılması məqsədilə uzunluğu 280 km və diametri 2000 mm olan şüşə-lif boru kəmərinin tikintisi nəzərdə tutulub.

Tenderdə iştirak etməkdə maraqlı olan şəxslər 500 AZN və ya $550 məbləğində vəsait köçürməlidirlər. Təkliflər iyunun 22-dən gec olmamaq şərti ilə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti