...

Gəncə avtomobil zavodu istehsal etdiyi Lifan markalı avtomobillərin qiymətini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 17:37 (UTC +04:00)

Çinli mütəxəssislər Gəncə avtomobil zavodunda avtomobil istehsalının reallaşdırması perspektivləri çərçivəsində Azərbaycan bazarının marketinq tədqiqatlarını başa çatdırıb. Bu barədə Trend ə zavodun rəhbəri Xanlar Fətiyev məlumat verib. Azərbaycan ildə qiyməti 11 min dollaradək olan 800 Lifan minik avtomobilini yığmaq və onların satışını həyata keçirmək niyyətindədir. X.Fətiyevin sözlərinə görə, istehsal həcmi ildə 1000 avtomobilə qədər çatdırıla bilər.

Hazırda nəqliyyat şirkətləri ilə avtomobillərin yığılması üçün komlektləşdiricilərin müəssisəyə çatdırılması üçün danışıqlar aparılır.

İlin sonuna kimi 9 modifikasiyalı avtomobilin istehsalının yoluna qoyulması nəzərə alınıb. Yığım zavodun ərazisindəki 20 kvadratmetr sahəsi olan yeni sexdə təşkil olunacaq. Bütün işlər müəssisənin hesabına həyata keçirilir. Bu avtomobillərin təkcə, Azərbaycanda deyil, eləcə də MDB ölkələrinin ərazisində də yayılacağı ehtimal edilir.

Zavodda Rusiyanın "UAZ" markalı avtomobillərinin istehsalı da davam etdirilir. Bu ilin sonuna kimi 1,5 minə yaxın avtomobilin istehsal olunacağı nəzərdə tutulub. Şirkətin mütəxəssislərinin fikrincə, bu markadan olan avtomobillərə sorğu bu il əhəmiyyətli dərəcədə artacaq.

Xəbər lenti

Xəbər lenti