...

Vneştorqbank ilin sonuna qədər Azərbaycanda bank almağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 17:41 (UTC +04:00)

Vneştorqbank ilin sonuna qədər Azərbaycan, Qazaxıstan və Belarusda bank almağı planlaşdırır. Bu barədə, Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, jurnalistlərə bankın idarə heyətinin sədri Andrey Kostin xəbər verib.

Qazaxıstana toxunan A.Kostin deyib ki, hazırda müxtəlif təkliflər öyrənilir. Azərbaycanda və Belarusda da bir bankın alınması nəzərdə tutulub.

Onun dediklərinə görə, bunlar MDB ölkələri arasında Vneştorqbankın filialı olmayan ən perspektivli dövlətlərdir.

Bankın baş prezidenti Vasiliy Timtovun jurnalistlərə bildirdiyi kimi, alınan bankın korporativ və pərakəndə biznesdə təcrübəsi olmalı, eləcə də ölkə ərazisini mümkün qədər əhatə etməlidir. Bu ölçülərdən çıxış edərək Vneştorqbank hər ölkədə azı iki bank seçməyə çalışır.

Xəbər lenti

Xəbər lenti