...

USAID Azərbaycanda 3-cü mikromaliyyələşmə konfransını maliyyələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 20:29 (UTC +04:00)

Mayın 26-27-də Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası ölkədə bu sahənin inkişafı məqsədilə konfrans keçirəcək. Bu barədə Trend ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb.

Konfrans 26 may 2006-cı il tarixdə saat 9:15-dən başlayaraq Hyatt Regency mehmanxanasının Quba zalında keciriləcək. Tədbirdə Amerika Birləşmiş Ştatları səfirliyinin Müvəqqəti işlər üzrə Müvəkkili Ceyson Haylənd, Baş Nazirin müavini Əli Həsənov, MM-in İqtisadi siyasət üzrə Daimi Komissiyasının sədri Ziyad Səmədzadə, İqtisadi İnkişaf Naziri Heydər Babayev, Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov və Azərbaycanda maliyyə və iqtisadi inkişafa cəlb olunmuş digər nüfuzlu şəxslər çıxış edəcəklər.

İki gün davam edəcək konfransda mikro-maliyyə və ixtisaslaşmış maliyyə şirkətləri, həmçinin kənd təsərrüfatı, aqrar və yaşayış sahələrinə kredit ayıran təşkilatlar də daxil olmaqla ölkədə qeyri-bank maliyyə qurumlarının inkişafı işıqlandırılacaq. Deutsche Bank və Frontiers kimi beynəlxalq səhmdarlar, həmçinin reytinqin müəyyən olunması ilə məşğul olan Microfinanza Rating və M-CRIL şirkətlərinin nümayəndələri də tədbirdə iştirak edəcəklər. İclasda şəffaflıq, qabaqcıl təcrübələr, audit, reytinq, donor və səhmdarların rolu ilə əlaqədar məsələlər müzakirə olunacaq.

Bundan başqa, konfransda Azərbaycan Mikro-Maliyyə Assosiasiyası tərəfindən konfrans iştirakçılarına Azərbaycanın mikro-maliyyə sahəsinə dair ilkin müqayisəli hesabat təqdim olunacaq. Bu hesabat görülən işlər barədə standart məlumatların verilməsi məqsədilə bir neçə ay ərzində maliyyə qurumları üçün keçirilən texniki yardım və hazırlıqlarla bağlı göstərilən xidmətlərə dair məlumatları əks etdirir və bu məlumatlar onların gələcək fəaliyyətlərinin sonradan təkmilləşdirilməsi və müqayisə olunması üçün əsas xətti təşkil edir.

Xəbər lenti

Xəbər lenti