...

Ramiz Həsənov: Azərbaycana oyuncaq idxal edən şirkətlərin siyahısı nəzərdən keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2006 13:35 (UTC +04:00)

Müəyyən şirkətlərə Azərbaycana oyuncaq idxal etmək qadağan olunub. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənov bildirib.

"Agentliyin ekspertləri tərəfindən aparılmış yoxlamalar zamanı çoxlu sayda nöqsanlar aşkar olunub. Nəticədə uşaq oyuncaqları idxal etmək hüququna malik şirkətlərin siyahısına yenidən baxılıb", - deyə o qeyd edib. "Oyuncaqlar müəyyən normativ qaydalara cavab verməyib", - deyə R.Həsənov vurğulyıb.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, Azərbaycana gətirilən bütün oyuncuqlar ekspertizadan keçmək üçün dövlət agentliyinə təqdim olunur və daha sonra lisenziya verilir.

Xəbər lenti

Xəbər lenti