...

"Krasnoye Sormovo" Xəzər dəniz Gəmiçilik İdarəsi ilə 10 quru yük gəmisinin tikintisi üzrə danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2006 18:47 (UTC +04:00)

"Krasnoye Sormovo" (Dəniz və Neft-qaz layihələri qrupuna daxil olan) zavodu Azərbaycan və Hollandiya şirkətləri ilə 20 quru yük gəmisinin tikilməsi ilə bağlı danışıqlar aparır. Trend in RİA Novosti agentliyinə verdiyi məlumata görə, bu barədə Krasnoye Sormovo Zavodu ASC-nin baş direktoru Nikolay Jarkov məlumat verib.

"Biz Azərbaycan Dövlət Xəzər dəniz Gəmiçiliyi İdarəsi ilə 10 quru yük gəmisinin tikintisi ilə bağlı danışıqlar aparırıq. Yaxın vaxtlarda İdarə bizə müqavilənin layihəsini təqdim edəcək. Biz həm də Hollandiya ilə danışıqlar aparırıq. Hazırda qiymətlər və müddətlə bağlı danışıqlar aparırıq".

Jarkov həm də bildirib ki, bu il zavod beş tanker və bir quru yük gəmisini istismara verəcək. "İki tanker İtaliya, iki tanker Azərbaycan, bir Malta, bir quru yük gəmisi isə Kipr üçün tikilib. Biz təhvilvermə proqramını yerinə yetiririk ", -deyə o aydınlaşdırıb.

Zavodun baş direktoru qeyd edib ki, "hazırda zavod fəal surətdə müasirləşir və avadanlıqlarını dəyişdirir ". "Müəssisənin imkanları artır və biz daha çox gəmi tikə biləcəyik ", - deyə Jarkov bildirib.

Xəbər lenti

Xəbər lenti