...

Əli Əhmədov: ""Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakrəyə çıxarıla bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2006 12:48 (UTC +04:00)

""Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər layihəsi hazırlanıb başa çatdırılsa, Milli Məclisin payız sessiyasında müzakrəyə çıxarıla bilər". Bu fikirləri Trend ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov bildirib. O, qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanunun yeniləşdirilməsi artıq zərurətə çevrilib: "Mən hesab edirəm ki, hadisələri nə tələsdirmək lazımdır, nə də birdəfəlik unutmaq. "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsinə ehtiyac var və bu, zamanın tələbidir. Amma fikrimcə, qanunun dəyişdirilməsi ilə bağlı çox ciddi məsləhətləşmələr aparmaq lazımdır. Milli Məclisin yaz sessiyası artıq başa çatır, ola bilər payız sessiyasına qədər belə bir layihə hazırlanıb ortaya çıxarılsın. O zaman bunu payız sessiyasında müzakirə edəcəyik"-deyə Ə.Əhmədov bildirib.

Millət vəkili qeyd edib ki, qanuna dəyişikliklər edilərkən ilk növbədə bu qanun qəbul olunandan bəri ölkə həyatında baş vermiş bütün dəyişikliklər, yeniliklər əksini tapmalıdır. Bu sırada siyasi partiyaların qeydiyyat məsələsi, hüquqi bazasının təkmilləşdirilməli, onların maliyyələşdirilməsinin əsasları, maliyyə şəffaflığının təmin edilməsi kimi prinsiplərə xüsusi diqqət yetirilməlidir: "Çünki siyasi partiyalar ölkənin gələcək taleyi ilə bağlı fəaliyyət göstərdiyindən onların kimlər tərəfindən maliyyələşdirilməsi ciddi əhəmiyyət kəsb edir".

Xəbər lenti

Xəbər lenti