...

Azərbaycan hökuməti hesab edir ki, Xəzər Dəniz Gəmiçiliyinin çoxlu sayda yük gəmiləri almasına ehtiyac yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2006 13:27 (UTC +04:00)

Azərbaycan hökuməti bildirib ki, hazırda Xəzər Dəniz Gəmiçiliyinin çoxlu sayda quru yük gəmiləri almasına ehtiyac yoxdur. Bu isə həmin həcmdə daşımanın gerçəkləşdirilməsi üçün yükün olmaması ilə izah olunur.

Hazırda Xəzər Dəniz Gəmiçiliyinin 35 gəmisi var. Bunun 11-i Xəzər dənizinin hüdudlarından kənara çıxır, qalarları isə Xəzər hövzəsində işləyir.

Rusiyanın "Krasnoye Sormovo" gəmiqayırma zavodu rəhbərliyi bəyan edib ki, zavod 20 quru yük gəmisinin tikintisi haqqında müqavilənin imzalanması ilə bağlı Azərbaycan və holland şirkətləri ilə danışıqlar aparır.

"Biz Xəzər Dəniz Gəmiçiliyilə 10 quru yük teploxodunun tikintisilə ilə bağlı danışıqlar aparırıq. Yaxın vaxtlarda idarə bizə müqavilə layihəsini təqdim edəcək" -deyə zavoddan bildirilib. Bu müəssisə Xəzər Dəniz Gəmiçiliyi üçün 13 min tonluq tankerlərin tikintisini gerçəkləşdirir.

Xəbər lenti

Xəbər lenti