...

Demur Qiorxelidze: Azad ticarət haqqında saziş Azərbaycan və Gürcüstan arasında ticarətin inkişafına şərait yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2006 13:12 (UTC +04:00)

Gürcüstanın iqtisadiyyat üzrə eksperti Demur Qiorxelidze hesab edir ki, mayın 23-də GUAM prezidentləri tərəfindən imzalanmış azad ticarət zonasının yaradılmasına dair saziş Gürcüstan və Azərbaycana ticarət əməliyyatlarının dövriyyəsini artırmağa imkan verəcək.

Ekspertin Trend in Gürcüstandakı xüsusi müxbirinə verdiyi məlumata görə, vaxtilə GUAM perspektivli təşkilat olub və bu təşkilatın beynəlxalq quruma çevrilməsi üzvlər üçün də mühüm şərt olacaq.

GUAM ölkələri arasında azad ticarət zonasının yaradılmasına dair saziş Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova prezidentləri tərəfindən Kiyevdə imzalanıb. Daha sonra bu ölkələr gömrük və sərhəd qanunvericiliklərini vahid şəklə salmağa çalışacaq.

"Bu saziş və həmin sahədə qanunvericiliyin unifikasiyası yeni imkanlar yaradacaq və bu seqment GUAM ölkələri arasında ticari və siyasi əlaqələrin inkişafına yaxşı təkan verə bilər", - deyə Demur Qiorxelidze bəyan edib.

Xəbər lenti

Xəbər lenti