...

Vergilər Nazirliyi: Barmek Bakı və Sumqayit elektrik şəbəkələri üzrə investisiya öhdəliklərini 10,8% yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2006 18:03 (UTC +04:00)

Bakı və Sumqayit enerji paylaşdırıcı şəbəkələrini idarə edən Barmek Azerbaijan şirkət idarəçiliyin ötürülməsi haqqında sazişə əsasən investisiya öhdəliklərini 10,8% yerinə yetirib. Trend agentliyinin məlumatına əsasən, bu barədə Vergilər Nazirliyi İlkin Vergi Araşdırmaları Departamentinin rəisi Nurəli Məmmədov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu fakt Respublika Prokuroroluğunun qərarı əsasında şirkətin fəaliyyətinin yoxlanılması zamanı aşkarlanıb.

2002-ci ildən bu günə kimi Barmek İqtisadi İnkişaf Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən elektrik şəbəkələrinin bərpası işinə $27,7 mln. vəsait yatırmağı öhdəsinə götürüb. $23,1 mln. Bakıelektrikşəbəkəyə, $4,6 mln. isə Sumqaitelektrikşəbəkəyə ayrılmalı idi. Lakin indiyə qədər cəmi $3 mln. vəsait yatırılıb.

Barmek transformator və digər avadanlıqların alınması üçün Azərbaycan Beynəlxalq Bankından kredit götürüb, lakin bu kredit də təyinatı üzrə sərf olunmayıb. Yoxlamalar nəticəsində aşkar olub ki, kreditlər son nəticədə işıq pulları hesabına ödənilib.

Hazırda İqtisadi İnkişaf Nazirliyində işçi qrupu formalaşdırılır ki, bu qrup Barmek-ın fəaliyyətinin təftişini həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti