...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2006 18:51 (UTC +04:00)

Ötən həftənin yekunları üzrə ABŞ dollarına nisbətdə manatın Azərbaycan Milli bank tərəfindən təyin edilmiş rəsmi məzənnəsi 0,0007 bənd (0,07%) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,90038 manat səviyyəsində təyin olunub.

Trend agentliyinin məlumatına əsasən, ötən həftə dolların manata nisbətdə maksumum məzənnəsi mayın 22-də təyin olunub (1 ABŞ dollarına görə 0,9007 manat), minimum - mayın 26-da (1 ABŞ dollarına görə 0,9000 manat) təyin olunub.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

15 may

0,9016

22 may

0,9007

16 may

0,9014

23 may

0,9006

17 may

0,9012

24 may

0,9004

18 may

0,9012

25 may

0,9002

19 may

0,9010

26 may

0,9000

Orta həftəlik

0,90128

Orta həftəlik

0,90038

Ötən həftənin yekunları üzrə ABŞ dollarına nisbətdə manatın Bakı Banklarası Valyuta Birjasındakı hərraclar nəticəsində təyin olunmuş birja məzənnəsi 0,0007 bənd (0,07%) artıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,89998 manat səviyyəsində təyin olunub.

Ötən həftə dolların manata nisbətdə maksumum məzənnəsi mayın 22-də təyin olunub (1 ABŞ dollarına görə 0,9003 manat), minimum - mayın 25-də (1 ABŞ dollarına görə 0,8996 manat) təyin olunub.

Ötən həftə BEST-də valyuta ilə sövdələr bağlanıb. Mayın 22-də sövdələrin həcmi $4,018 mln. (orta müöadilə məzənnəsi 0,9003 AZN/USD), mayın 23-də - $1,7 mln. ( 0,9002 AZN/USD), mayın 24-də - $3 mln. ( 0,9002 AZN/USD), mayın 25-də - $3,620 mln.(0,8996 AZN/USD) təşkil edib. Mayın 26-da sövdə qeydə alınmayıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

15 may

0,9010

22 may

0,9003

16 may

0,9008

23 may

0,9002

17 may

0,9005

24 may

0,9002

18 may

0,9006

25 may

0,8996

19 may

0,9005

26 may

0,8996

Orta həftəlik

0,90068

Orta həftəlik

0,89998

Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələr bağlanmayıb.

Bu müddət ərzində özəlləşdirmə çeklərinin qiyməti sabit olub.

Yalnız mayın 22-də çekin qiyməti 100 min köhnə manat (20 yeni manat) təşkil edib, mayın 23-26-da isə 96 min köhnə manata (19,2 AZN) düşüb.

Xəbər lenti

Xəbər lenti