...

"Səmənd" avtomobilləri zavodunun açılış tarixi başqa vaxta keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2006 13:37 (UTC +04:00)

İyunun 3-də Azərbaycanın Şamaxı rayonunda İranın "Səmənd" markalı avtomobillərinin istehsalı üzrə zavodun işə salınması ilə bağlı təntənəli mərasim keçiriləcək. Trend in xəbər verdiyi kimi, açılış mərasimində ölkənin iqtisadi inkişaf naziri Heydər Babayevin və İranın sənaye və mədən nazirinin iştirakı gözlənilir.

Bu zavod rekord müddətə - 4 aya tikilib. Layihənin dəyəri $10 mln təşkil edib. Tikinti işlərini Star Holding maliyyələşdirib. Birinci il ərzində 6 min ədəd "Səmənd" avtomobili istehsal olunacaq.

"İran Hodrou" avtomobilqayırma qrupunun ( "Səmənd" avtomobil istehsalçısı) nümayəndələri hesab edir ki, hazırda Azərbaycanın və MDB-nin digər ölkələrinin avtomobil bazarlarında Cənubi Koreya, Yaponiya, ABŞ və Avropa ölkələrinin tanınmış avtomobilqayırma şirkətlərinin yeni və köhnə avtomobilləri üstünlük təşkil edir. Qrup nümayəndəsinin fikrincə, istehsala sərt nəzarət və çevik qiymət siyasəti "Səmənd" avtomobillərinin kommersiya uğurunun mütləq şərti olmalıdır.

Azərbaycan "Səmənd" avtomobillərinin digər MDB ölkələri bazarlarına çıxarılması üçün yaxşı meydandır. "İran Xodrou" qrupundan bilidirilib ki, bu, ilk növbədə Mərkəzi Asiya ölkələri, o cümlədən Gürcüstan və Ukrayna olacaq.

Xəbər lenti

Xəbər lenti