...

İyunun sonunda Xəzər Dəniz Gəmiçiliyi 13 min tonnajlı 4-cü tankeri alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2006 16:01 (UTC +04:00)

Hökumətdən Trend ə bildiriblər ki, iyunun sonunda Xəzər Dəniz Gəmiçiliik İdarəsi Rusiyanın "Krasnoye Sormovo" zavodunda inşa edilmiş 4-cü tankeri alacaq. Gəmi "Koroğlu" adlanacaq. İşlər qrafiki qabaqlayır. Belə ki, müqaviləyə əsasən, Xəzər Dəniz Gəmiçiliyi gəmini oktyabrda almalı idi.

Sonuncu- beşinci gəmi isə noyabr ayında təhvil veriləcək. "Dədə Qorqud" adlanan bu gəmi gəmiqayırma müəssisəsində artıq suya buraxılıb.

Hökumətdən bildiriblər ki, həmin gəmilərin Rusiyanın daxili suları ilə gətirilməsi zamanı xüsusi icazəyə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti