...

"AzərDəmiryolBank"-ın səhmləri bazar qiyməti ilə satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2006 16:23 (UTC +04:00)

Azərdəmiryolbank" 2005-ci ilin sonunda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə səhm alqı-satqısına dair bağlanmış əqdin sonrakı qiymətləndirməsini başa vurub.

Trend in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir. O zaman AYİB Azərbaycan bankının 25%+1 səhm zərfinə görə 1,8 mln. manatdan (AZN) artıq vəsait ödəmişdi. Ancaq əqdin şərtlərinə uyğun olaraq, "Azərdəmiryolbank"-ın aktivlərinin təkrar qiymətləndirilməsindən sonra AYİB bankın kapitalında iştiraka görə ona $541 min həcmində əlavə mükafat ödəyib.

Nəticədə ölkənin müasir bank sistemi tarixində ilk dəfə olaraq xarici investor "Azərdəmiryolbank"-ın səhmlərini bazar qiymətinə əldə edib. Beləliklə, "Azərdəmiryolbank"-ın bir səhminin AYİB tərəfindən real alış qiyməti 20 qəpik (1000 AZM) təşkil edən nominal dəyərini dörddə bir qədərdən artıq (26,8%) üstələyib.

Xəbər lenti

Xəbər lenti