...

Deloitte Milli Bankın 2005-ci il fəaliyyətinin nəticələrini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2006 19:08 (UTC +04:00)

Azərbaycan Milli Bankı 2005-ci il maliyyə-təsərrüfat fəaliyyətinin Deloitte şirkəti tərəfindən yoxlanılmış auditor hesabatını açıqlayıb. Trend agentliyinin məlumatına əsasən, Milli Bankın idarə heyəti hesabatı 2006-cı ilin aprelin 18-də təsdiqləyib. Auditor Milli Bankın ötən ilki fəaliyyətini, nağd pul vəsaitlərinin harəkətinin dürüstlüyünü və beynəlxalq maliyyə hesabatı standartları ilə uyğunluğunu təsdiqləyib.

Ötən ilin yekunlarına əsasən, bankın fəliyyəti ziyanlı olub, təmiz ziyanın ümumi həcmi 184,319 mlrd. manat (2004-cü ildə 70,279 mlrd. manat) təşkil edib. Əməliyyat gəlirləri 102,322 mlrd. manat, əməliyyat xərcləri isə 81,997 mlrd. manat səviiyəsində olub.

Hesabata əsasən, faiz gəlirləri 148,666 mlrd. manat, faiz xərcləri - 20,075 mlrd. manat, komissiya gəlirləri - 21,323 mlrd. manat, komissiya xərcləri- 3,241 mlrd. manat təşkil edib. Beləliklə, bankın ziyanlı fəaliyyəti valyuta aktivlərinin yenidən qiymətləndirilməsilə izah olunur ki, buna da 259,393 mlrd. manat xərclənib (2004-cü ildə 15,710 mlrd. manat).

Xəbər lenti

Xəbər lenti