...

Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2006 19:48 (UTC +04:00)

Azərbaycan-Ukrayna işgüzar dairələrinin biznez forumunun keçirilməsi iyunun 13-nə planlaşdırılıb. Trend agentliyinin Azərbaycan Sahibkarlarının Milli Konfederasiyasına istinadən verdiyi məlumata əsasən, tədbirdə iştirak etmək üçün Ukraynanın kənd təsərrüfatı, metallurgiya, neft-qaz və kimya sənayesində çalışan id adamları Bakıya gələcək.

Tədbirin təşkilatçıları Azərbaycan Sahibkarlarının Milli Konfederasiyası ilə Ukrayna Sahibkar və Sənayeçilər İttifaqıdır. Əsas məqsəd işguzar əlaqələrin genişləndirilməsi və xarici investisiyaların ölkəyə cəlb edilməsində yardım göstərilməsidir. Forum çərçivəsində iş adamlarının ikitərəfli görüşləri təşkil olunacaq və Ukrayna sahibkarları yerli şirkətlərə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti