...

Azərbaycan-Litva biznes forumunun tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2006 14:44 (UTC +04:00)

İyunun 9-da Litva prezidenti Valdas Adamkusun Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Litva biznes forumu keçiriləcək. Əvvəllər tədbiri aprelin 19-da keçirmək planlaşdırılırdı, lakin sonra təxirə salındı. Forumun təşkilatçısı Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondudur. Trend agentliyi fondun prezidenti Emil Məcidova istinadən xəbər verir ki, forumun işində iştirak etmək üçün 20 iri Litva şirkəti nümayəndələrinin gəlişi gözlənilir. Litvanın işgüzar dairələrini Litva Sənayeçilər Konfederasiyası, Süd Məhsulları İstehsalçıları Assosiasiyası, tikinti, polad tökmə, kimya və digər sahələrdə çalışan iş adamları təmsil edəcək.

Forumun Azərbaycan prezidenti İlham Əlyiev tərəfindən açılacağı gözlənilir. Sonra isə Litva prezidenti V.Adamkus forum iştirakçılarını salamlayacaq. İqtisadi inkişaf naziri Heydər Babayev, Litva Sənayeçilər Konfederasiyasının rəhbəri Gintaras Morkis və hər iki ölkə iş adamlarının çıxışı planlaşdırılıb. Forum zamanı Azərbaycan və Litva iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti