...

Azərbaycanın maliyyə naziri 2006-cı ilin dövlət büdcəsinin icrası və 2007-ci il üçün büdcə proqnozlarının hazırlığı ilə bağlı məsələləri müəyyən etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2006 16:56 (UTC +04:00)

Maliyyə Nazirliyində nazir Samir Şərifovun rəhbərliyi ilə kollegiya iclası keçirilib. Trend in xəbər verdiyi kimi, iclasda 2006-cı ilin dövlət büdcəsinin proqnozlarının təshih edilməsi ilə bağlı qoyulmuş məsələlər müzakirə olunub. Həmçinin 2007-ci il üçün dövlət büdcəsi, ümumi büdcə və gələn üç ilin proqnoz göstəricilərinin layihə hazırlığının gedişi gözdən keçirilib.

Kollegiya zamanı büdcə göstəricilərinin icrası ilə bağlı 2006-cı il üçün maliyyə orqanlarının vəzifələri müəyyən edilib və gələn il üçün dövlət büdcəsi layihəsinin yaradılması ilə bağlı əlavə tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti