...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Barmekdə müqavilə öhdəliklərinin icrası predmeti üzrə yoxlamalara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2006 17:02 (UTC +04:00)

Bu gündən İqtisadi inkişaf nazirliyi Barmek Azərbaycan şirkəti tərəfindən müqavilə öhdəliklərinin icrasının yoxlanışına başlayıb. Bu barədə "Trendə" İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov xəbər verib. O, bu yoxlamalarının nə qədər davam edəcəyini söyləməkdə çətinlik çəkdi və bildirdi ki, bu işin həcmindən asılı olacaq.

M.Cabbarovun sədrliyi altında yoxlamanın aparılması üçün dövlət komissiyası yaradılıb. Bu komissiyanın tərkibinə İqtisadi inkişaf, maliyyə, vergi, ekologiya, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, Dövlət əmlakının idarəsi üzrə Dövlət komitəsinin, "Azərenerji" SC-nin nümayəndələri daxil olub.

İİN Bakı və Sumqayıt elektrik şəbəkələrinin idarə olunması üçün hökümətin adından Barmek Azərbaycan ilə müqavilə bağlamış tərəf kimi hüquqlardan istifadə etmək qərarına gəlib.

"Yalnız hərtərəfli yoxlama Barmek tərəfindən müəyyən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin dərəcəsini müəyyən etmək imkanı verir. Biz işə başlamaq və məlumatları ümumiləşdirmək istəyirik. Hazırda komissiyada müzakirə ediləcək məsələlərin hazırlığı gedir. Bizdə müəyyən əsaslar var ki, əsaslı narazılıqların olmasını güman edək. Onlar yoxlamadan sonra açıqlana bilər", - M.Cabbarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti