...

"AtaBank" ASC "IİSA International" beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2006 18:23 (UTC +04:00)

"Iisa International" beynəlxalq ödəniş sisteminin Direktorlar Şurası AtaBank ASC-nin bu qurumdakı statusunu assosiativdən tam hüquqluya qədər artırılması barədə qərar qəbul edib. Trend agentliyi bu barədə "Iisa International" tərəfindən banka göndərilmiş məktuba istinadən məlumat yayıb.

Tam hüquqlu üzvlük AtaBanka gələcəkdə ekvayrinq əməliyyatlarının həyata keçirilməsinə, yəni xaricdə emissiya edilmiş IİSA kartlarının Azərbaycanda istifadəsinə imkan verəcək.

Bu statusun üstünlüklərindən biri də digər bankların IİSA İnternational siteminə assosiativ üzvlüyü zamanı AtaBankın vasitəçi qismində çıxış etməsidir. Bundan əlavə, tam hüquqlu üzvlük, ödəniş sistemi ilə birbaşa əlaqələrin qurulmasına şərait yaradacaq.

Iisa International dünyada 2 ən iri ödəniş sistemlərindən biridir və "AtaBank" ASC bu sistemlə 2003-cü ildən əməkdaşlıq edir. Bu gün bankın emissiya etdiyi plastik kartların sayı 10,000 ədədi keçir. Bank yaxın vaxtlarda kart sayını bir neçə dəfə artırmağ planlaşdırır.

Adıçəkilən ödəniş sistemi ilə Azərbaycanda 10-dan çox bank əməkdaşlıq edir və bunların cəmi 5-i, o cümlədən "AtaBank" ASC tam hüquqlu üzvdür.

Xəbər lenti

Xəbər lenti