...

Azərbaycanın maliyyə naziri Əhalinin sosial müdafiəsi üzrə Dövlət fondunun sərbəst bank hesabının açılışını dəstəkləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2006 11:49 (UTC +04:00)

Əhalinin sosial müdafiəsi üzrə Dövlət fondunun (ƏSMDF) vəsaitlərinin bank hesablarında depozit qismində yerləşdirilməsi üçün Dövlət fondu üçün sərbəst bank hesabı yaratmaq lazımdır. Bu barədə jurnalistlərə fondun sədri Səlim Müslümov xəbər verib. S.Müslümov qeyd edib: "Hazırda Dövlət fondunun hesabı xəzinədədir, lakin "Büdcə sistemi haqqında" Qanunda dəyişikliklər etməklə bu məsələ artıq yaxın günlərdə həll olunacaq. Maliyyə naziri Samir Şərifov da bu ideyanı, həmçinin təqaüd sisteminin islahat prosesinin tezləşdirilməsini dəstəklədi". Sərbəst hesab açıldıqdan sonra ƏSMDF-un vəsaitlərinin depozit qismində yerləşdirilməsi üçün banklarla müqavilələr bağlanacaq.

Fondun başçısı bildirib: "Hələlik bu yalnız belə formada ola bilər, çünki müvafiq qanunvericilik aktı yoxdur. Hətta "Qeyri-dövlət təqaüd fondları haqqında" qanun layihəsi qəbul olunduqdan sonra da təqaüd fondlarının vəsaitlərinin investisiya məsələlərini tənzimləyən ayrıca hüquq aktı olmalıdır".

Dövlət fondunun büdcəsi keçən ildən başlayaraq profisitlə yerinə yetirildiyindən, ayrıca bank hesabına ehtiyac duyulur. İlkin məlumatlara görə, Dövlət fonduna daxil olmalar üzrə 2006-cı ilin ilk 5 ayına verilən proqnoz102 % yerinə yetirilib. Planlaşdırılmış 147,8 milyon manatın müqabilində 150, 6 milyon manat keçirilib.

Daxil olmaların strukturunun 49,7 milyon manatını büdcə strukturlarından ayrılmış məbləğlər (proqnoz 54,4 milyon manat, yerinə yetirilmə - 91,5 %), 100,8 milyon manatını isə büdcədənkənar təşkilatlardan ayrılmış məbləğlər (proqnoz - 94,4 milyon manat, yerinə yetirilmə 108%) təşkil edir. Həmçinin dövlət büdcəsindən Dövlət fonduna 63,3 milyon manat həcmində transfertlər üzrə proqnoz tamamilə yerinə yetirilib, digər gəlirlər üzrə proqnoz isə 80% yerinə yetirilib. ƏSMDF-nun 5 ay üzrə gəlirləri 214 milyon manat təşkil edib (proqnoz 211,2 milyon manat, yerinə yetirilmə - 101,3%).

Hələ keçən ildən ƏSMDF-nin hesabında 12,6 milyon manat qalıq var. S.Müslümov əlavə edib: "Ona görə də bizim maliyyə resurslarımız 211,2 milyon manat proqnozun müqabilində 227 milyon manat təşkil edib".

Xəbər lenti

Xəbər lenti