...

Naxçıvan MR-də sərnişin daşımalarının həcmi 4,1% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2006 12:53 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında yük daşımalarının həcmi 2% artıb. Bu dövr ərzində sərnişin daşımalarının artım göstəricisi 2005-ci ilin analoji dövrü ilə müqayisədə 4,1% təşkil edib. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Bu dövr ərzində NMR-in nəqliyyat müəssisələri tərəfindən 2114,6 min ton yük və 13334,2 min nəfər sərnişin daşınıb.

Yük və sərnişin daşımalarından 7869,6 min manat gəlir əldə olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat sektorunda 42,4 mln ton müxtəlif yük daşınıb və bu, ötən ilin yanvar-aprel aylarından 10,7% çoxdur.

Xəbər lenti

Xəbər lenti