...

Azərbaycan ÜTT-yə daxil olarkən müdafiə etmək niyyətində olduğu gömrük dərəcələrini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2006 15:38 (UTC +04:00)

Ümumdünya Ticarət Təşkilatına daxil olarkən yerli bazarı qorumaq üçün Azərbaycan hökuməti idxal olunan kənd təsərrüfatı və sənaye mallarının gömrük dərəcələrinin orta və maksimum həddi ilə bağlı təkliflər hazırlayıb. Dövlət Gömrük Komitəsinin gömrük dərəcələrinin tənzimlənməsi şöbəsinin rəisi, tarif öhdəlikləri üzrə işçi qrupunun rəhbəri Əzizağa Hüseynovun Trend ə verdiyi məlumata görə, kənd təsərrüfatı məhsulları üzrə maksimum dərəcə 50-80%, orta - 23% səviyyəsində müəyyən olunub. Sənaye məhsullarının tarifləri daha liberaldır və maksimum gömrük dərəcəsi 30-50%, orta -15%-dək müəyyən edilir.

"Bu təkliflər ÜTT katibliyinə təqdim olunub. Bu gün əsas məqsəd bu dərəcələri saxlamaqdan ibarətdir. Ancaq bunun üçün kənd təsərrüfatının real vəziyyəti, bu sahədə qəbul olunmuş proqramlar, məşğulluq səviyyəsi haqqında məlumat vermək lazımdır", - deyə Ə.Hüseynov bildirib. Danışıqlar qrupu ÜTT-nin Türkiyə, ABŞ, AŞ kimi üzvləri qarşısında maraqlarını müdafiə edəcək. AB dünyada kənd təsərrüfatı məhsullarının ən iri ixracatçısı kimi Azərbaycanın qoyduğu tarifləri azaltmağı təklif edir.

"Aqrar sektor - ərzaq təhlükəsizliyi baxımından ölkə üçün strateji sahədir. Buna görə də hökumət danışıqlarda öz maraqlarını maksimum müdafiə etməlidir", - deyə DGK nümayəndəsi bildirib.

Sənayedə son məhsulun idxal gömrük dərəcəsi 15%, xammalın - 0-0,3% təşkil edir. Dünya təcrübəsində xammala tarif tətbiq olunmur.

Xəbər lenti

Xəbər lenti