...

Fazil Məmmədov: 2007-ci ildə vergi dərəcələrini azaltmaq real deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2006 15:45 (UTC +04:00)

Vergilər naziri Fazil Məmmədovun Trend ə verdiyi məlumata əsasən, 2007-ci ildə Vergi Məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi texniki xarakter daşıyacaq. "Gələn il vergi dərəcələrini azaltmaq real deyil, çünki 2006-cı ildə dərəcələr artıq dəyişikliyə məruz qalıb" - deyə nazir vurğulayıb. Bu il mənfəət vergisi 24%-dən 22%-dək azalıb, ən yüksək dərəcəyə malik gəlir vergisi (35%) 600 AZY-dan 1 min AZY-dək artırılıb.

ƏDV inzibatçılığının təkmilləşdirilməsi üzrə tədbirlər davam etdiriləcək. "Bu vergi üzrə funksional idarəçiliyin sərtləşdirilməsi üçün tədbirlər görüləcək ki, bu da Nazirlər Kabinetinin digər qanunverici aktlarına, qətnamələrinə dəyişiklik və əlavələrin edilməsilə həyata keçirilə bilər" - deyə nazir vurğulayıb.

Cərimə sanksiyalarının artırılması nəzərdə tutulmayıb. "Biz cərimələri artırmaq istəmirik, bu siyasət məcəllədə də əksini tapıb" - deyə nazir qeyd edib.

Hökumətlə əldə olunmuş razılığa əsasən, dəyişikliklər texniki xarakterli olduğundan payız sessiyasında bödcə paketinin müzakirəsi çox vaxt aparmayacaq. Bununla yanaşı, Vergi Məcəlləsinə Maliyyə Nazirliyi və digər dövlət orqanları ilə müzakirə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti