...

Bu il XDGİ 14 mln ton neft yükü daşıyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2006 11:46 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Xəzər Dəniz Gəmiçilik İdarəsi təxminən 14 mln ton neft və neft məhsulu daşımaq niyyətindədir. Bu barədə Trend ə Gəmiçiliyin rəisi Aydın Bəşirov bildirib. Ümumi həcmin təxminən 10 mln tonunun Azərbaycan ərazisi ilə daşınması nəzərdə tutulur. "Hər il daşımaların həcmi 1 - 1,5 mln. ton artır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda daşımaların həcmində azalma müşahidə olunur. Ancaq qarşıdakı aylarda həcm xeyli artırılacaq", - deyə A.Bəşirov məlumat verib.

2006-cı ilin 1-ci rübündə yük daşımalarının həcmi 3 mln. 289 min ton təşkil edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 54 min ton çoxdur. Ümumi həcmin 2 mln. 181 min tonu tankerlərlə, 785 min tonu bərə, 323 min tonu isə flotiliya ilə daşınıb. Yük daşımalarının xeyli hissəsi (3 mln. 34 min ton, bu, 2005-ci ilə olan göstəricidən 46 min ton çoxdur) Xəzərdə işləyən gəmilərlə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti