...

XDGİ Qazaxıstan və İran limanları üçün dənizin dibini dərinlətmə işləri həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2006 13:02 (UTC +04:00)

Azərbaycan Xəzər Dəniz Gəmiçilik İdarəsi Qazaxıstan və İran limanları ilə dənizin dibini dərinlətmə işlərinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə Trend ə Gəmiçiliyin rəisi Aydın Bəşirov məlumat verib.

Limanlarda belə işlərin görülməsi buradan yük daşımaları həyata keçirən gəmilərin maksimum yüklənməsi üçün lazımdır. Hazırda Qazaxıstanın Aktau limanı 13 min ton yük daşıma qabiliyyətinə malik tankerlərin tam yüklənməsini həyata keçirə bilmir. Bu gəmilər limandan çıxa bilmək üçün təxminən 11,5 min ton həcmində yüklənir.

Xəbər lenti

Xəbər lenti