...

Azərbaycanda kontrafakt dərman preparatları ilə bağlı iri seminarın keçirilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2006 11:17 (UTC +04:00)

Azərbaycanda dünyada kontrafakt dərman preparatlarının idxalı və ixracına həsr olunmuş iri beynəlxalq seminar keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, seminar Ümumdünya Gömrük Təşkilatı tərəfindən təşkil olunacaq. Belə tədbirin keçirilməsi ilə bağlı təşəbbüsü də elə ÜGT irəli sürüb. Seminarın sponsorlarının isə iri əczaçılıq şirkətlərinin olacağı gözlənilir.

"Hazırda tədbirin keçirilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı və İNTERPOL-un razılığı alınıb", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti