...

Dövlət büdcəsinə dəyişiklik və əlavələr qüvvəyə minib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2006 19:36 (UTC +04:00)

Prezidentin fərmanı ilə "2006-cı il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik və əlavələr qüvvəyə minib. Trend agentliyinin məlumatına görə, fərmana əsasən dövlət büdcəsinin gəlirləri 430,5 mln. manat artaraq 3 836 767,3 min manat (ÜDM-nin 22,2% ), xərcləri - 4 024767,3 manat (ÜDM-nin 23,3%) təşkil edib. Dövlət büdcəsinin kəsiri 188 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Mədaxil hissənin korrektə edilməsi Vergilər Nazirliyinin proqnoz göstəricilərinin 2 229,6 mln. manatdan 2 620,6 mln. manatadək və Dövlət Gömrük Komitəsinin göstəricilərinin 477,4 mln. manatdan 505,4 mln. manatadək artırılması hesabına edilib.

Məxaric hissə Dövlət İnvestisiya Proqramı çərçivəsində xərclərin 273 mln. manat artması hesabına dəyişdirilib. Bundan sonra investisiyalara dövlət budcəsindən 885 845, 656 min manat yönəldiləcək. Fövqaladə hallar nazirliyi və Hərbi Sənaye nazirliyinin saxlanılması, qaçqın və məcburi köçkünlərə enerji daşıyıcılarının bahalaşması ilə bağlı kompensasiyanın ödənilməsi və 2006-cı ilin yanvarın 1-dən səhiyyə işçilərinin əmək haqlarının artırılması üçün əlavə xərclər nəzərdə tutulub. Bundan əlavə, 2006-cı ilin oktyabr ayından minimal əmək haqqının 50 manata çatdırılması ilə əlaqədar əlavə vəsaitlər tələb olunur.

Dövlət büdcəsi proqnozlarına əlavə və dəyişikliklər 2006-cı ilin iyunun 7-də qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti