...

Dubaylı məsləhətçilər Azərbaycanda Cəbəl-Əli modeli üzrə Azad İqtisadi Zonaların yaradılmasına kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2006 11:06 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda sənaye şəhərciklərinin yaradılması ilə bağlı nazirliyin Sahibkarlığın İnkişaf Departamentinin hazırladığı konsepsiyanın təqdimat mərasimini keçirməyi planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Onun sözlərinə görə, konsepsiya əvvəlcə ölkə başçısına təqdim olunacaq.

Azad-İqtisadi Zonaların Dubay təcrübəsi əsasında yaradılması planlaşdırılır. "Bu istiqamətdə Dubay yaxşı təcrübəyə malikdir və bu təcrübəni əldə etmək üçün iyunun 2-ci yarısında Cəbəl-Əli azad-iqtisadi zonasının yaradılması zamanı məsləhətləşmələrin aparıldığı şirkətlə müqavilə bağlamağı planlaşdırırıq", - deyə nazir qeyd edib. Şirkət Azərbaycanda belə şəhərciyin yaradılmasının dəyərini öyrənəcək.

Konsepsiyaya əsasən, Dövlət İnvestisiya Şirkətinin də iştirak payına malik olacağı iri limanın yaradılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti