...

AYİB "Qaradağ-sement"-in 20% səhminin alınması məsələsinə baxılmasını yenə də başqa tarixə keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2006 15:06 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Direktorlar Şurasının keçirilməsi tarixini dəyişib. Burada "Qaradağ sement" SC-nin 20% səhminin 10 milyon dollara əldə olunması məsələsini gözdən keçirmək nəzərdə tutulur. AYİB-in məlumatına əsasən Trend in verdiyi xəbərə görə, tarix iyunun 15-dən iyulun 11-ə keçirilib.

Layihənin ümumi dəyəri 13,3 milyon dollar həcmində qiymətləndirilir. Layihənin əsas məqsədi ətraf mühitə təsiri azaltmaqdan ibarətdir. Ətraf mühitin yaxşılaşdırılması üzrə bütün tədbir və investisiyalar ətraf mühit üzrə fəaliyyət planına daxil edilib. Bu da AYİB-in bu layihədə iştirak etməsi üçün şərtdir.

AYİB "Qaradağ sement"i 1999-cu ildə özəlləşdirmiş İsveçrənin Holcim şirkətinin paketindən səhmlərin bir hissəsini alacaq. Şirkətin sərəncamında 89,4 % səhm var, qalan səhmlər isə xırda səhmdarlardadır. Avropa Bankı 5-7 il müddətinə müəssisə səhmdarlarının tərkibinə daxil olmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti