...

İki Azərbaycan şirkəti İsveçrədə investisiya forumunda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2006 18:14 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti Şərqi Avropa və MDB ölkələri üçün iyunun 12-13-də keçirilən investisiya forumunda iştirak etmək üçün Sürixə yola düşəcək.

Azərbaycan İxracat və İnvestisiyaların Təşviqi Fondundan Trend ə daxil olan məlumata görə, Azərbaycana İsveçrənin Sofi təşkilatı ilə əməkdaşlıq çərçivəsində pulsuz stendlər veriləcək.

Fond tikinti ilə məşğul olan "Kaspian Servis" və pambıq emalı sahəsində çalışan MKT şirkətinin səfərini təşkil edir.

Tədbirdə Şərqi Avropa və MDB ölkələri nümayəndələrinə İsveçrəli investorlara öz investisiya layihələrini təqdim etmək imkanı veriləcək.

Xəbər lenti

Xəbər lenti