...

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi məcburi sertifikatlaşdırılmalı olan malların siyahısına yenidən baxılmasının tərəfdarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2006 13:15 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi məcburi sertifikatlaşdırılmalı olan malların siyahısına yenidən baxılması üçün Nazirlər Kabinetinə müraciət edib.

Bu barədə Trend ə Agentliyin rəhbəri Ramiz Həsənov məlumat verib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının inkşiafı ilə əlaqədar siyahıya yenidən baxılmalıdır. Sonuncu dəfə bu siyahı 1993-cü ildə hökumət tərəfindən təsdiqlənib.

Dövlət strukturunun sonuncu dəfə keçirdiyi reydlərə gəlincə, R.Həsənov bildirib ki, yoxlamalar yanacaqdoldurma stansiyalarında, tikinti sektorunda və oyuncaq istehsalı sahəsində aparılıb. Nəticədə nöqsanlar aşkar olunub.

"Nektar və dondurma istehsalı üzrə ixtisaslaşmış 10-a yaxın müəssisənin fəaliyyəti istehsal standartlarına uyğunsuzluqla əlaqədar dayandırılıb",- deyə agentliyin rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti