...

İyulda DB Azərbaycan hökumətinə su təsərrüfatında SCADA sisteminin tətbiqi layihəsinin konsepsiyasını təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2006 14:02 (UTC +04:00)

Dünya Bankının Azərbaycanın su təsərrüfatında SCADA sisteminin tətbiqi layihəsi üzrə qiymətləndirici missiyası işi başa çatdırıb. Bu barədə Trend ə hökumət mənbələrindən xəbər verilib. Missiyaya layihənin rəhbəri Andreas Rode başçılıq edib. "Azərsu" SC və hökumətlə aparılmış danışıqlara əsasən missiya 2006-cı ilin iyulunda layihəsinin konsepsiyası ilə Azərbaycana gələcək.

Layihənin ilkin dəyəri təxminən $120 mln. təşkil edir. Bu layihə avtomatlaşdırılmış xəbərdarlıq, distansion idarə və informasiyanın əldə edilməsi sisteminin yaradılmasını, eləcə də sutəmizləyici qurğuların quraşdırılmasını nəzərdə tutur. "Azərsu" layihəyə 9 şəhəri daxil etməyi təklif edib, lakin DB bu siyahının genişləndirilməsi tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti