...

İyunun 12-də QTİB Azərbaycan bankları ilə kredit müqavilələri imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2006 10:48 (UTC +04:00)

İyunun 12-də Qara dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan bankları arasında kredit müqavilələrinin imzalanması mərasimi keçiriləcək. Kapitalbank, Azərdəmiryolbank və Texnikabank da QTİB -in tərəfdaş banklarına qoşulacaq.

Kapitalbankın idarə heyətinin sədri Rauf Rzayevin Trend ə verdiyi məlumata görə, kredit xəttinin dəyəri $4 mln təşkil edir.

Bu kredit bir il müddətinə nəzərdə tutulub və libor+3%-lə ayrılacaq. R.Rzayevin sözlərinə görə, QTİB-in vəsaiti ilə müxtəlif layihələrin maliyyələşdirilməsi, istehlakçı kreditlərin verilməsi planlaşdırılır.

Azərdəmiryolbank üçün bir il müddətinə $2 mln dəyərində kredit xətti ayrılacaq.

QTİB bankda bank təşkilatları ilə iş üzrə yeni departamentin yaradılması ilə əlaqədar Azərbaycanın bank sektorları ilə işi fəallaşdırıb. Ölkə banklarına əməkdaşlıq üçün yeni sahələr (ipoteka, lizinq, istehlakçı kreditləşdirilməsi) təklif olunub.

İndiyədək QTİB Beynəlxalq banka ($6,5 mln.), Azərbaycan mikromaliyyələşdirmə bankı və UniBanka kredit xətləri ayırıb.

Xəbər lenti

Xəbər lenti