...

Rusiya və Azərbaycanın Hesablama palataları paralel yoxlamaların keçirilməsi barədə qərar qəbul ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2006 16:20 (UTC +04:00)

Rusiya və Azərbaycanın Hesablama palataları ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə RF və Azərbaycan arasında hökümətlərarası razılaşmaların həyata keçirilməsinin təhlili üzrə paralel nəzarət-analitik yoxlamaların keçirilməsi barədə razılığa gəliblər.

Trend in Azərbaycan HP-nin məlumatına istinadən bildirdiyi kimi, Azərbaycan tərəfinin gözdən keçirəcəyi məsələlərə İqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiya tərəfindən təsdiq edilmiş proqramın reallaşmasının gedişinin təhlili, iki ölkənin 2010-cu ilə qədər ticari-iqtisadi əməkdaşlığının inkişafının proqnozlaşdırılan məlumatlarının təhlili, 2004-2006-cı illərdə yük daşımalarının təhlili daxildir. Paralel tədbirlərin noyabr ayına qədər tamamlanması nəzərdə tutulur.

İlkin məsləhətləşmələr zamanı qeyd olunub ki, tərəflərin milli qanunvericiliyi çərçivəsində keçirilən paralel nəzarət-analitik tədbirləri beynəlxalq müqavilə və razılaşmaların, qanunvericilik və digər normativ-hüquqi aktların maliyyə - iqtisadi ekspertizasının həyata keçirilməsinə, dövlət orqanlarının Azərbaycan və Rusiyanın iqtisadi maraqlarının müdafiəsinə və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş fəaliyyətinin kompleks şəklində qiymətləndirilməsinə dair məsələlərin həllində effektivliyin artırılmasına səbəb olacaq.

Məlumatda həmçinin qeyd olunub ki, informasiya mübadiləsi tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. Lazım gələrsə, bu tərəflər koordinasiya müşavirəsi keçirəcəklər. Bu müşavirələrin nəticələrinə görə protokollar və ya digər sənədlər imzalanacaq və paralel nəzarət-analitik tədbirin nəticələrinə görə konkret qərarlar qəbul olunacaq.

Paralel nəzarət - analitik tədbirlər keçirildikdən sonra bir tərəf digər tərəfin maraqları çərçivəsində ona tədbirin nəticələri barədə məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti