...

Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər auditini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2006 18:23 (UTC +04:00)

Rusiya və Azərbaycanın Hesablama Palataları (HP) və Qazaxıstanın respublika büdcəsindən istifadəyə nəzarət üzrə Hesablama Komitəsi Xəzər dənizinin bioloji resurslarından, nərə balığının müdafiəsinə və ondan səmərəli istifadəyə yönəldilmiş vəsaitlərdən istifadənin effektivliyi üzrə paralel yoxlamaları müəyyən edib. Trend in Azərbaycan HP-a istinadən verdiyi xəbərə görə, tədbirin 2006-cı ilin noyabr ayında tamamlanması planlaşdırılır.

Azərbaycan tərəfi dövlət büdcəsindən ayrılmış vəsaitlərin, həmçinin Xəzərin Azərbaycan hissəsində göstərilmiş vəsaitlərdən səmərəli istifadə, nərə balığının artması və müdafiəsi ilə məşğul olan müəssisə və təşkilatların himayəsində olan dövlət əmlakından istifadə, həmçinin nərə balığının müdafiəsi üzrə dövlət nəzarətinin effektivliyi üzrə əsaslılıq auditini keçirəcək.

Tərəflər, onların səlahiyyətləri çərçivəsində qarşılıqlı məlumat mübadiləsinin qaydalarına dair, həmçinin yoxlamaların nəticələrinin müzakirəsi məqsədi ilə məsləhətləşmələrin keçirilməsi üzrə ümumi qərara gəliblər.

Xəbər lenti

Xəbər lenti