...

Azərbaycan Milli Bankı bank sistemində aparılacaq islahatları müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2006 13:12 (UTC +04:00)

Yaxın 15 ildə Azərbaycana 120-140 milyard ABŞ dolları məbləğində vəsaitin daxil olacağı gözlənilir. Trend in bildirdiyi kimi, Azərbaycan Milli Bankının baş direktoru Rüfət Aslanlı "Banklar və maliyyə" mövzusunda birinci beynəlxalq Qafqaz konfransında deyib ki, bu şəraitdə ölkənin bank sisteminin qarşısında bu vəsaitlərdən düzgün istifadə üzrə mühüm məsələlər durur.

Onun fikrincə, Azərbaycanda stabil iqtisadi inkişaf edən bank sektoru yaradılıb ki, bu sektorda bütün göstəricilər üzrə artım müşahidə olunur. Bu da sektorun on illik inkişafının nəticəsi olaraq, bütün iqtisadi göstəricilər üzrə artım templərini artırır.

Milli Bank bank sisteminin sərmayə qoyuluşu üçün cəlbediciliyinin artırılması üzrə iş aparır. Bunun nəticəsində də son üç il ərzində xarici bank kapitalının axını müşahidə olunur. Ölkənin maliyyə bazarı beynəlxalq maliyyə bazarlarına inteqrasiya mərhələsindədir və artıq 2 sindikatlaşdırılmış kredit cəlb olunub. Keçən dövr ərzində bank aktivləri iki dəfə artaraq, 2525 milyon manata çatıb. Depozitlər isə 2-3 dəfə artaraq, 1495 milyon manat olub, bankların ümumi kapitalı 367 milyon manat təşkil edib.

Milli Bank bank sistemində gələcək islahatların məqsədlərini müəyyənləşdirib. Başlıca məqsəd bank sisteminin kapitallaşması və konsolidasiyasıdır. 1 iyul 2007-ci ilə qədər hər bankın ümumi kapitalı 10 milyon manatdan az olmamalıdır və Milli Bank kompromislərə getmək istəmir. İslahatların ikinci prioritet istiqaməti standart korporativ idarəetmənin tətbiq edilməsidir. Üçüncüsü isə vəsaitlərin bank sisteminə səfərbər edilməsini fəallaşdırmağı tələb etməkdir. AMB qoyuluşların sığortalanması üçün hüquqi baza hazırlayıb. Bu qanun artıq birinci oxunuşda parlamentdən keçib və payızda onun qəbul olunması gözlənilir. Sonrakı istiqamət ödəniş sistemlərinin genişləndirilməsi və Poçt-bank kimi bir sistemin yaradılmasıdır. Həmçinin mikromaliyyələşdirmə təşkilatlarının da yaradılması tələb olunur.

Xəbər lenti

Xəbər lenti