...

Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi mənzil sertifikatlarının birinci buraxılışını qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2006 15:12 (UTC +04:00)

Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) mənzil sertifikatlarının "Araz-96" tikinti şirkəti tərəfindən birinci buraxılışını qeydə alıb. Bu barədə Trend agentliyinin məlumatına əsasən, QKDK-nın prezidenti Gündüz Məmmədov bildirib.

Onun sözlərinə görə, sertifikatlar Gəncədə yaşıyış binasının tikintisi üçün nəzərdə tutulub. Bu maliyyə aləti mənzilin dəyərini ödəməyə imkan verəcək. Həmin müqavilə çərçivəsində 137 sertifikatın buraxılması planlaşdırılır.

O qeyd edib ki, 5 il ərzində bağlanan sövdələrin sayı təxminən 10 dəfə artıb. Əgər 2000-ci ildə sövdələrin sayı səhmlər üzrə 612 idisə, 2005-cı ilin yekunları üzrə bu rəqəm 7500, yəni 50 mln manat təşkil edib.

"Bu, böyük məbləğ deyil. Biz Azərbaycanın fond bazarının inkişaf mərhələsində olması ilə əlaqədar risklərin azaldılmasına nail olmalı və qiymətlərin manipulyasiyasına yol verməməliyik" - deyə G.Məmmədov qeyd edib.

Bununla yanaşı o hesab edir ki, son vaxtlar qiymətli kağızlar bazarında əməliyyatlar fəallaşıb. 5 ay ərzində 26 mln. manat həcmində qısamüddətli dövlət istiqrazları və 202 mln. manat həcmində Milli Bankın notları yerləşdirilib.

Onun fikrincə, antiinflyasiya tədbirlərində maliyyə aləti kimi qiymətli kağızlar xüsusi rol oynayıb. Dövriyyəyə həm qısamüddətli, həm də ortamüddətli kağızlar buraxılıb. Gələcəkdə isə uzunmüdətli kağızların buraxılması da gözlənilir. Fond bazarında ipoteka kağızlarına da rast gəlmək olar və QKDK 8 ipoteka kağızının buraxılışını qeydə alıb.

Xəbər lenti

Xəbər lenti