...

Azərbaycan mənimsənilmiş xarici borcun 20 faizini ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2006 15:13 (UTC +04:00)

Azərbaycan hökuməti mənimsənilmiş xarici borcun 20%-ni ödəyib. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 14-də İqtisadi İnkişaf Nazirliyinin BMİ ilə əməkdaşlıq üzrə şöbə direktoru Rüfət Mahmud məlumat verib.

Dövlət zəmanəti ilə xarici kreditlərin cəlb olunduğu bütün dövr ərzində DB $724 mln., JBIC - $660 mln., BVF - $335 mln, AYİB- $273 mln., İİB - $132 mln. KFW - $81 mln ayırıb.

Onun sözlərinə görə, bu gün xarici borc strukturunda enerji sektoru və struktur islahatlara ayrılan kreditlər üstünlük təşkil edir. "Hazırda vəziyyət dəyişir və nəqliyyat sektoru ölkə üçün prioritet istiqamətə çevriləcək", - deyə o qeyd edib.

DB yaxın 3-4 il ərzində Azərbaycanın nəqliyyat sektoruna $550 mln ayırmaq niyyətini bəyan edib.

Xəbər lenti

Xəbər lenti