...

Nəqliyyat Nazirliyi avtomobil yolunun Ucar-Yevlax hissəsində yenidənqurma layihəsinin bahalaşdığını aşkara çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2006 17:23 (UTC +04:00)

Avtomobil yolunun Ucar-Yevlax hissəsində yenidənqurma layihəsinin qiymətinin bahalaşması ilə əlaqədar Azərbaycan höküməti əlavə maliyyə vəsaiti cəlb etmək fikrindədir. Trend in verdiyi xəbərə görə, ölkənin Nəqliyyat Nazirliyinin maliyyə və kredit üzrə şöbəsinin sərmayə siyasəti sektorunun direktoru Mirqasım Abbasov deyib ki, nazirlikdə yaradılmış komissiya analiz əsasında layihənin 31 milyon ABŞ dollarından 50 milyon ABŞ dollarına qədər bahalaşdığını aşkara çıxarıb.

Komissiya layihənin maliyyələşdirilmə həcmini müəyyən etmək üçün artıq öz təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

Onun sözlərinə görə, layihənin bahalaşması bazarda tikinti materiallarının qiymətinin artması və TİƏ 1999-cu ildə hazırlandığı üçün nəzərə alınmayan digər xərclər səbəbindən baş verib.

O həmçinin qeüd edib ki, hökümət BNP Paribas avtomobil yolunun Gürcüstan sərhədinə qədər genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi üçün mandat verib. Bank əvvəlcə 120 milyon ABŞ dolları kredit təklif edib, indi isə o, 200 milyon ABŞ dollarından çox təklif etməyə hazırdır. Hacıqabuldan Yevlaxa qədər ərazinin maliyyələşdirilməsi üzrə ilkin təklif də dəyişilib. Hacıqabulda tikinti işləri getdiyindən BNP Paribas bundan sonra Gürcüstan sərhədindən gələn hissəni Woori Bank maliyyələşdirmək istəyir.

Hökümət ərazinin maliyyələşdirilməsi üzrə Koreyanın Woori Bank bankının ikinci təklifini də gözdən keçirir. Artıq bu bankla görüş keçirilib. Bankda 150 milyon ABŞ dolları və artıq məbləğdən başlayan maliyyələşdirmə üzrə müxtəlif təkliflər var.

Hökümət Hacıqabuldan Gürcüstan sərhədinə qədər avtomagistralın genişləndirilməsi üzrə tikinti işlərinin hansı müddət ərzində başa çatacağını hələ müəyyən etməyib, birinci layihə üzrə isə yolun Bakıdan Gürcüstan sərhədinə qədər hissəsinin yenidən qurulması üzrə işlər isə 2008-ci ilə qədər tamamlanacaq.

Xəbər lenti

Xəbər lenti