...

Azərbaycan yeni lokomotivlər alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2006 17:41 (UTC +04:00)

Hökumət mənbələrindən Trend ə verilən məlumata əsasən, Azərbaycan Dəmir Yolu İdarəsinin Rusiyadan aldığı lokomotivlər yaxın vaxtlarda ölkəyə gətiriləcək.

Bunların ikisi elektrovoz, ikisi isə teplovozdur. Lokomotivlər dövlət büdcəsinin 10 mln. AZY həcmində vəsaiti hesabına alınıb. Bu layihə üzrə tenderin qalibi "Uraltreyd" və "Dortexkomplekt" şirkətləri olub.

Ehtimallara görə, Avropa bankı ADDY-nin lokomotiv parkının müasirləşdirilməsi, bərpası və yeniləşdirilməsinə 4 illik güzəştlə 15 il müddətinə $30 mln. kredit ayıracaq. Kreditin faiz dərəcəsi Libor +1% təşkil edəcək. ADDY 2-ci mərhələ çərçivəsində $20 mln. vəsait almaq niyyətindədir. Bu vəsaitlər Bakıda lokomotivlərin təmiri üçün 2 deponun yaradılmasına sərf olunacaq. $20,2 mln. həcmində kredit 1999-cu ildə Avropa bankı tərəfindən artıq bir dəfə verilib. Hazırda onun qaytarılması prosesi gedir.

Lokomotiv parkının təzələnməsi TRACECA nəqliyyat dəhlizi ilə daşınmaların ilbəil artması, Qars-Axalkalaki-Bakı və Şimal-Cənub dəhlizləri layihələrinin gerçəkləşdirilməsinin başlanmasından irəli gəlir.

Xəbər lenti

Xəbər lenti