...

Avropa maliyyə institutları "İnvestisiya fondları haqqında" qanun layihəsinin ekspertizasını keçirə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2006 17:44 (UTC +04:00)

Azərbaycan Respublikası prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət komitəsi "İnvestisiya fondları haqqında" qanun layihəsinin ekspertizasının keçirilməsi mövzusunda Avropa maliyyə institutları ilə danışıqlar aparır. Bu barədə Trend ə QKDK-nin sədri Gündüz Məmmədov xəbər verib.

"Onlar qanun layihəsini öyrənməyə və ekspertizanı keçirməyə, onun sona qədər hazırlanmasına və həyata keçirilməsinə yardım etməyə söz veriblər. Lakin hələ şifahi razılıq əldə olunub və rəsmi təsdiq əldə olunmayıb", - deyə G.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda qanun layihəsinin qaralama variantı hazırlanıb və payıza qədər müvafiq dövlət strukturlarının müzakirəsinə veriləcək. G.Məmmədov hesab edir ki, investisiya fondları universal olmalı və yalnız qiymətli kağızlar sahəsinin fəaliyyəti üçün nəzərdə tutulmamalıdır.

Xəbər lenti

Xəbər lenti