...

Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanun ya yenidən hazırlanmalı, ya da əlavə və dəyişik edilməklə qəbul olunmalıdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2006 16:40 (UTC +04:00)

"Mədəniyyət haqqında" qanun ya yenidən hazırlanmalı, ya da əlavə və dəyişik edilməklə qəbul olunmalıdır. Bu barədə Trend ə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, professor Nizami Cəfərov bildirib.

N.Cəfərov onu da vurğulayıb ki, adıçəkilən sənəd üzərində Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri ilə birgə iş aparılır: "İşin gedişində sənədin ya yenidən hazırlanması, ya da əlavə və dəyişikliklər edilməsi üzə çıxacaq". N.Cəfərov onu da bildirib ki, rəhbərlik etdiyi komissiyada "Tetar haqqında" qanun, "Şou-biznes haqqında" qanun, "Milli mənəvi dəyərlərin qorunması" haqqında qanun layihələri üzərində də iş aparılır.

Adıçəkilən qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti