...

Azərbaycan regionlarında dənli bitkilərin yığımına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2006 13:32 (UTC +04:00)

Regionlarda dənli bitkilərin yığımına başlanılıb. Trend in Dövlət Statistika Komitəsinə istinadən xəbər verdiyi kimi, iyunun 1-nə olan vəziyyət üzrə 3,8 min ha sahədən 7,5 min ton taxıl yığılıb. Hər hektarın payına 18,8 sentner məhsul düşüb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2006-cı ildə Azərbaycanda taxıl istehsalının ilkin həcmi 2 mln 200 min ton proqnozlaşdırılır. Ümumi istehsalın strukturunda ərzaq taxılının həcminin 1 mln. 600 min ton təşkil edəcəyi nəzərdə tutulur. Taxıl idxalı isə 500 min tondan az olmayaraq planlaşdırılır.

Hazırda Azərbaycanda taxıla tələbat 3 mln. 400 min tona bərabərdir.

Xəbər lenti

Xəbər lenti